2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan və düşmənin təslim olması ilə nəticələnən Vətən müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı. Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum və dövlətimizin başçısının qətiyyəti nəticəsində tarixi salnamə yazıldı. Lakin bütün bunlara baxmayaraq, təxribatçılar əməllərini davam etdirir. Təbii ki, illərlə qanlı cinayət əməlləri törətmiş ermənilərin cəzalandırılması vacibdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanına qarşı törətdiyi müharibə cinayətləri, əməllərlə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün mühüm işlər görülüb. Lakin ermənilər yenə öz xislətlərindən əl çəkmirlər. 

“Azərbaycan 30 il müddətində vandalizm və soyqırımla bağlı beynəlxalq təşkilatlara bu barədə bildirib, bu istiqamətdə mühüm işlər görülüb və görülməkdədir. Məhz İkinci Qarabağ müharibəsində də biz böyük dövlətləri neytral saxlamaq, böyük təşkilatları da Azərbaycan lehinə qəbul edilmiş qətnamələri, hüquqi sənədləri rəhbər tutaraq, müharibədə haqq işimizi tanıda bildik. Buna görə də, Azərbaycana qarşı sanksiyalar tətbiq olunmadı. Bu illər ərzində bir çox işlər görmüşük. Ermənilərin işğal siyasəti, ermənilərin vandalizm aktı, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan ərazilərindəki vəhşilikləri, habelə minaların basdırılması və bir çox vandalizm aktları, ekoloji terror daha da qabarıq sürətdə üzə çıxdı. 

“Ümumilikdə erməni təcavüzü nəticəsində Azərbaycana milyardlarla dollar zərər dəyib. Vətən müharibəsindən sonra işğal müddətində torpaqlarımıza dəymiş ziyanın tam hesablanması istiqamətində ciddi işlər görülüb. Proses beynəlxalq təşkilatlar, BMT-nin faktaraşdırıcı missiyası ilə birlikdə həyata keçirilir. Ermənistanın bütün cinayətləri ilə bağlı dəlil-sübutlar, faktlar əlimizdədir. Topladığımız materialları beynəlxalq məhkəmələrə təqdim edərək Ermənistanın cəzalandırılmasına, məsuliyyətə cəlb olunmasına çalışacağıq. Azərbaycana dəymiş ziyan Ermənistan tərəfindən mütləq ödənilməlidir. Beynəlxalq məhkəmələr İrəvanı buna məcbur etməlidir. Xüsusilə, Xocalı soyqırımının bir neçə canisi hələ də azadlıqdadır. Həmçinin, Arayik Harutyunyan interpol axtarışına verilib. Yəni, bu məsələlərin tez bir zamanda öz həllini tapması mühümdür. Ermənistan mütləq şəkildə cəzalandırılmalıdır. Bu bizim haqq işimizdir. Bundan sonra da, düşünürəm ki, Ermənistana qarşı hüquqi prosedurlar aparmalıyıq”.
Tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Anar Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfindən həm Birinci Qarabağ müharibəsi, həm 30 illik işğal dövründə, həm 44 günlük Vətən müharibəsində, həm də ondan keçən iki ilə yaxın dövr ərzində Azərbaycana qarşı sülh və cinayətlər əleyhinə əməllər işlənmişdir:
"Bilirsiniz ki, Xocalı soyqırımı insanlarımıza qarşı, qocalarımıza qarşı tarixdə ən qəddar cinayətlər kimi qiymətləndirəcək əməllərdir. Bununla bağlı Azərbaycan dövləti bir sıra istiqamətlərdə, xüsusilə də beynəlxalq platformalarda, beynəlxalq məhkəmələr çərçivəsində Ermənistanın cəzalandırılması ilə bağlı hər il müxtəlif addımlar atılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, 2020-ci ildə Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlatdığı Vətən müharibəsi dövründə də ermənilər dinc yaşayış məntəqələrimizi qadağan olunmuş bombalar, raketlərlə atəşə tutdu, həmin raketlərin atılması ilə onlarla körpə, onlarla qadın, dinc sakin vəhşicəsinə qətlə yetirildi, çoxlu sayda insanlarımız fiziki əzablara düçar oldu. Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra belə, Ermənistanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tör-töküntüləri cinayətlərini davam etdirməyə başladılar. Müxtəlif dövrlərdə Azərbaycan ordusuna, dinc sakinlərinə qarşı müxtəlif təxribatlar törədildi. Əsgərlərimiz, dinc sakinlər, ayrı-ayrı qurumlar bölgədə fəaliyyət göstərən əməkdaşları öldürüldü. Müxtəlif xəsarətlər aldılar, eyni zamanda Ermənistanın mina xəritələrinin Azərbaycana təqdim etməməsinin nəticəsi olaraq yüzlərlə insanımız həyatını itirib, əzablara düçar olublar. Bütün bunlar təbii ki, bölgədə olmuş kövrək sülh prosesinə, onun mahiyyətinə zidd olmaqla yanaşı müharibə cinayətləridir". 
"Çoxlu sayda terrorçu və cinayətkarlar, Azərbaycan ərazilərini qanunsuz şəkildə pozmuş şəxslər məhkəmə qarşısına çıxarılıb və Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıbdır. Eyni zamanda həm keçmiş, həm mövcud Ermənistanın siyasi liderlərinin rəhbərliyi ilə haqqında beynəlxalq səviyyədə axtarışlara verilməsi və onların cəzalandırılması üçün Azərbaycan dövləti tərəfindən ciddi tədbirlər görülür. Eyni zamanda müxtəlif beynəlxalq platformalarda Ermənistanın cəzalandırılması ilə bağlı Qarabağ bölgəsində törətdiyi ekoloji cinayətlərlə, törətdiyi 0ğmədəni terrorla, etnik təmizləmə, etnik genosidlə, yaşayış məskənlərimizin darmadağın edilməsi, yaşayış yerlərinin məhv edilməsi, mina xəritələrinin verilməməsi, yerüstü və yeraltı təbii sərvətlərimizin qanunsuz şəkildə istismar edilməsi ilə bağlı qiymətləndirilmələrin aparılması mühümdür". 
"Beynəlxalq səviyyədə Azərbaycan müxtəlif dövrlərdə addımlar atıb. Mən hesab edirəm ki, Ermənistanın növbəti qarşıdakı aylarda, illərdə təxribatlarının böyük həcmdə qarşısını almaq üçün biz daim Ermənistanı təzyiq altında saxlamalıyıq. Müxtəlif platformalarda Ermənistana qarşı çoxlu sayda mübarizə meydanları açmalı və ona qarşı addımlar atmalıyıq. Müxtəlif istiqamətlərdə qiymətlər verməliyik. Bu işdə yalnız, dövlət deyil, ayrı-ayrı şəxslərimiz də Ermənistan dövlətinin, erməni terrorçularının fəaliyyətindən müxtəlif istiqamətlərdə zərərlər görmüş şəxslərin də Ermənistanın və separatçı qüvvələri, ayrı-ayrı erməni cinayətlərini cəzalandırılması ilə bağlı təşəbbüslərlə çıxış etməlidir. Hesab edirəm ki, bu günə qədər atılan addımlar Azərbaycan dövlətinin və vətəndaşlarımızı sakitləşdirməməlidir. Biz bununla kifayətlənməməliyik. Əksinə hesab edirəm ki, bundan sonra da oxşar addımlarımızı daha da genişləndirilməli və Ermənistan daim təzyiq altında saxlanılmalıdır. Bu, həm də Ermənistanın törətdiyi cinayətlərin cavabsız qalmadığını nümayiş etdirməklə yanaşı həm də bundan sonra atıla biləcək addımların, cinayət tərkibli addımların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər. Hesab edirəm ki, Azərbaycan dövləti tərəfindən bugünədək atılan addımlar artıq Ermənistanın müxtəlif platformalarda məhkəmələrə çəkilməsi, beynəlxalq hüquq qarşısında cavabdeh rolunda çıxış etməsinə nail olunması üçün əhəmiyyətlidir.
Hesab edirəm ki, Ermənistan dövlətini artıq fəaliyyətində müəyyən korrektələrə gətirib çıxarıbdır. Bundan sonra da eyni istiqamətdə addımlarımızı, mübarizəmizi davam etdirməliyik. Biz heç zaman kiminlə qonşu olduğumuzu unutmamalıyıq. Bir qədər yumşalma, unutqanlıq nümayiş etdirəriksə, qarşımıza yeni hansı cinayətlərin, faciələrin gələ biləcəyini heç zaman unutmamalıyıq və məhz bu prizmadan çıxış edib Ermənistana, erməni terrorçularına qarşı separatçı şəxslərə qarşı davranışımızı davam etdirməliyik".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu:Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Aynurə Pənahqızı Demokrat.az


