Dünya

Bu ABŞ rəsmisi də Tayvana getdi

Bu ABŞ rəsmisi də Tayvana getdi

ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb Tayvanda rəsmi səfərdədir.

Bu barədə o, tvitter səhifəsində yazıb.

Bildirilib ki, qubernatorun rəhbərlik etdiyi nümayəndə heyəti yerli siyasətçilər və biznes nümayəndələri ilə danışıqlar aparacaq.

Qeyd edək ki, bu, ABŞ rəsmilərinin bu ay Tayvana üçüncü səfəridir. Avqustun 2-dəABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosidə adaya səfər etmişdi. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olmuşdu.

Demokrat.az

D
demokrat.az