Gündəm Özəl

Deputat: “ABŞ məqsədli şəkildə münaqişə ocaqlarını yaradır”

Deputat: “ABŞ məqsədli şəkildə münaqişə ocaqlarını yaradır”

"Hazırki mərhələdə çox aktiv şəkildə dünyanın yeni bir nizamı, yeni dünya sistemi formalaşmaqdadır. Yəni, güc balansının dəyişdiyi aşkar müşahidə olunmaqdadır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat qeyd edib ki, bu baxımdan dövlətlər öz maraqlarını və yaranmış vəziyyətə uyğun olaraq mövqelərini müəyyənləşdirməkdədirlər:

"Yəni, bu istiqamətdə geosiyasətlərini həyata keçirməkdədirlər. Bəlli idi ki, Rusiya ilə Çin arasında həm siyasi, həm də iqtisadi münasibətlər olduqca sıxdır. Qərblə Rusiya arasında münasibətlərin xarakteri necə idisə, mahiyyət etibarilə Çinlə də Qərb arasında münasibətlərin xarakteri o cür idi.

Deputat: “ABŞ məqsədli şəkildə münaqişə ocaqlarını yaradır”

Yəni, Qərb Çinə, xüsusilə də Amerika Birləşmiş Ştatları Çinə aşkar qısqanclıqla yaxınlaşırdı. Bildiyiniz kimi, hələ Trampın dövründə Amerika Birləşmiş Ştatları açıq-aşkar Çinə iqtisadi müharibə elan etdi. İndiki mərhələdə isə Çinlə ABŞ arasında həm də siyasi münasibətlərdə ciddi gərginlik müşahidə olunmaqdadır. Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının rəhbəri N.Pelosinin Tayvana səfəri onu göstərdi ki, ABŞ məqsədli şəkildə münaqişə ocaqlarını yaratmaqda maraqlıdır. Yəni, bu aşkar göründü. Təbii ki, belə olan halda oxşar problemlərə malik olan ölkələr öz aralarında ittifaq quracaqlar".

"Hindistan da müasir dünya siyasətində getdikcə daha ciddi təsirli rol oynamağa başlayır. İqtisadi sistemini daha dayanıqlı etməyi hədəfləyib. Eyni zamanda, müvafiq olaraq həm regionda, həm dünyanın digər coğrafiyalarında bazar uğrunda çox ciddi mübarizə getməkdədir. Bu baxımdan maraqları üst-üstə düşən ölkələrin bir araya gəlməsi, hərbi təlimlər keçirməsi təbiidir. Hesab edirəm ki, hətta Çinin Rusiya və Hindistanla birgə hərbi təlimlər keçirməsəydilər belə, Qərbin, ABŞ-ın onlara fərqli münasibətini biz müşahidə etməyəcəkdik. Hesab edirəm ki, hərbi təlimlərdən sonraki münasibət ondan əvvəlki münasibətdən mahiyyət etibarilə fərqlənməyəcəkdir. Və Çinin, Rusiyanın, Hindistanın birgə hərbi təlimlər keçirməsini indiki şərtlər daxilində onların maraqları baxımından gözlənilən hesab edirəm. Bu baxımdan düşünürəm ki, sözü gedən ölkələr də kifayət qədər təsir imkanlarını formalaşdırmağı bacarmış ölkələrdir və əvvəlkilərdən fərqli xüsusi bir təhdidin olacağını da düşünmürəm", - deyə deputat fikirlərini sonda yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az