Bakının Yasamal rayonunda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarınıniştirakı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində keçirilmişreyd zamanıHəsən Məcidov küçəsi 65 ünvanında “Zəngəzur ət”, Akim Abbasov küçəsi 16 ünvanında “Qara Dana”, Akim Abbasov küçəsi 68A ünvanında “Ağcabədi-Bərdə heyvanları”, Zahid Xəlilov küçəsi 83-85 ünvanında “Halal kəsilmiş dana və quzu əti” məntəqələrindəheyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib.Faktlarlabağlıqanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb,yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən, yol kənarlarında qanunsuz olaraq quraşdırılan dəmir konstruksiyalar sökülərəkqanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb. AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Leyla Demokrat.az


