Səudiyyə Ərəbistanında teviter hesabı olan qadın həbs edilib.
Demokrat.az xəbər verir ki, doktorantura təhsili alan Salma əl-Şəhab tvitterdən istifadə etdiyi üçün cəzalandırılıb.
Belə ki, İngiltərədə təhsil alan qız tətildə ölkəsi olan Səudiyyə Ərəbistanına gəlib.
O, 2021-ci ilin oktyabrında saxlanılıb və 3 il müddətində həbs edilib.
Lakin daha sonra məhkəmə qızın cəzasını 34 ilə çatdırıb.
Bununla kifayətlənməyən məhkəmə tviter istifadə edən qıza 34 illik səyahət qadağası da qoyub.
Qeyd edək ki, Salam əl-Şəhab tvitterdən ölkəsindəki qadınların haqları uğrunda çağırışlar edirdi.

Malik Demokrat.az


