Gündəm Özəl

“Avropada və Asiyada milyardlarla əhali məhv ediləcək” — ŞƏRH

“Avropada və Asiyada milyardlarla əhali məhv ediləcək” — ŞƏRH

“Ukrayna bilavasitə Rusiyanın daxilinə girə bilmir, çünki onun uzaq vuran raketləri yoxdur. Məhz buna görə də, son günlər Krımda Rusiyanın hərbi bazalarını vurur. Amma, əslində bunun bir qisas olduğunu da deyə bilərik”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq qeyd edib ki, amma bunun nüvə müharibəsinə gətirib çıxartması çox təhlükəlidir:

“Alimlər hesablayıb ki, əgər kiçik çaplı nüvə müharibəsi olsa, bu milyonlarla insanın məhvi deməkdir. ABŞ-la Rusiya, Hindistanla Pakistan arasında olarsa, artıq bu irimiqyaslı nüvə müharibəsi hesab olunur. Bu zaman ən azı Avropada 3-4 milyard, Asiyada isə 5-6 milyard arası əhalinin məhv edilməsi deməkdir. Bir Krımdan ötəri belə bir addımların atılacağı inandırıcı deyil və Rusiya isə hələlik bu işləri hədələyir. Ötən gün də Putin öz çıxışında bildirdi ki, Qərb dünyaya ağalıq etməkdən ötrü Ukraynanı yem kimi istifadə etdi. Görünən odur ki, Rusiya Ukraynanın işğal siyasətindən əl çəkməyəcək.

“Avropada və Asiyada milyardlarla əhali məhv ediləcək” — ŞƏRH

Burada Ukraynanın nöqtəvi, ayrı-ayrı həyata keçirdiyi qisas əməliyyatları əslində müharibənin nə istiqamətini dəyişəcək, nə vəziyyəti dəyişəcək. Çünki tək Xerson əyalətində artıq 2500 Ukrayna vətəndaşı Rusiya vətəndaşlığını alıb, növbədə də bir o qədər var. Bunlar sürətlə həyata keçirilir və sentyabr ayında da orada Xersonun Rusiyanın ərazi olması üçün referendurum keçirəcəklər. Yəni, görünən odur ki, Rusiya Ukraynanı hissə-hissə məhv edir ki, bu da bir taktikadır”.

“Burada nüvə müharibəsinin olma ehtimalı sıfıra bərabərdir, çünki hər iki tərəf məhv olacaq. Burada qalib deyilən bir şey yoxdur. Zaporoyje Atom Elektrik Stansiyasının vurulması ilə bağlı bunlar çox ehtiyatla hərəkət edirlər. Hər iki tərəf çalışır ki, orada hər hansı bir hadisə baş verməsin. Ondan əvvəl, Çernobılı da götürəndə Ukrayna tərəfi geri çəkilməyə məcbur oldu. Hazırda Xarkov ətrafında döyüşlər gedir. Rusiya diqqəti cənuba yönəlməklə, əslində Xarkovu götürmək istəyir. Bununla öz sərhərdinin tamamilə təhlükəsizliyini təmin etmiş olsun. Rusiya Kiyevə götürməyənə qədər sakitləşməyəcək. Hesab edirəm ki, ilin axırına qədər müharibə davam edəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az