Dünya Özəl

Avropa mediasının manşetləri daha çox yaşayışın bahalaşmasına həsr olunub — "The Spectator"

Avropa mediasının manşetləri daha çox yaşayışın bahalaşmasına həsr olunub — The Spectator

ABŞ və Avropa liderləri indiyədək Ukraynanı qətiyyətlə dəstəkləyiblər. Bununla belə, həmin ölkələrdə ictimai rəy zəifləməyə başlayıb.

Bu barədə "The Spectator" nəşrində yer alan məqalədə qeyd olunub.

Jurnal yazır ki, Ukraynadan qaynaqlanan “informasiya yorğunluğu” artıq Qərbi bürüyüb və indi Avropa mediasının manşetləri hərbi əməliyyatlardan daha çox yaşayışın bahalaşmasına həsr olunub.

Sorğulara əsasən, “enerji qiymətləri insanları Rusiyanın nüvə silahlarından daha çox qorxudur”.

Məqalə müəllifləri qeyd edirlər ki, hazırda Avropanın Ukraynaya ictimai dəstəyini saxlamağın yeganə yolu Rusiyadan enerji müstəqilliyinə nail olmaq məsələsinə cəhd göstərməkdir.

Zamiq Demokrat.az

D
demokrat.az