Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov sabiq başçı Elmar Vəliyevə sui-qəsd olayından sonra baş verən hadisələrə görə həbs edilən 70 -ə yaxın şəxsin ailə üzvlərinin keçirdiyi aksiyaya münasibət bildirib.
Demokrat.az xəbər verir ki, Ə.İsmayılov Gununsesi.org-a açıqlamasında həbs olunanlara işgəncə verilməsini təkzib edib.
Onun sözlərinə görə, baş verən hadisəyə qanunla aidiyyatı hüquq-mühafizə orqanları qiymət verir:
“İşgəncə söhbətləri cəfəngiyyatdır. Onlar ağır cinayət törədiblər”.


