Sənaye və energetika

Benzin Türkiyədə Azərbaycandan ucuzdur — Avropa ölkələrinin Tam Siyahısı

Benzin Türkiyədə Azərbaycandan ucuzdur — Avropa ölkələrinin Tam Siyahısı

Azərbaycan “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Avropa ölkələri arasında 4-cü sırada qərarlaşıb.

Yeniavaz.com məşhur "autotraveler" saytına istinadən xəbər verir ki, Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,82 avro (1,43 manat) təşkil edir.

Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda ötən ayın ortalarından etibarən “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 40 qəpik bahalanaraq 2 manata (1,15 avro) satılır. Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu daha 2 ölkə var - Türkiyə və Belarus. “Aİ-95” markalı benzinin 1 litri Belarusdaa 0,90 avro, Türkiyədə isə 1,09 avroya bərabərdir.

Avropa ölkələrində Aİ-95 markalı benzinin qiyməti aşağıdaki kimidir:

Rusiya – 0,82 avro Belarus – 0,90 avro Türkiyə - 1,09 avro Azərbaycan – 1,15 avro Ermənistan – 1,28 avro Ukrayna – 0,32 avro Malta – 1,34 avro Moldova – 1,41 avro Şimali Makedoniya – 1,44 avro Gürcüstan – 1,44 avro Monteneqro – 1,45 avro Polşa – 1,47 avro Xorvatiya – 1,60 avro Sebiya – 1,62 avro Sloveniya – 1,62 avro Rumıniya – 1,62 avro Lüksemburq – 1,64 avro Andorra – 1,66 avro Bolqarıstan – 1,69 avro Bosniya və Herseqovina – 1,71 avro Kipr – 1,71 avro Çexiya – 1,75 avro Macarıstan – 1,76 avro Albaniya – 1,77 avro Litva – 1,78 avro Almaniya – 1,78 avro Belçika – 1,81 avro İtaliya – 1,82 avro Latviya – 1,83 avro Slovakiya – 1,83 avro Fransa – 1,84 avro İspaniya – 1,86 avro İsveç - 1,87 avro Portuqaliya – 1,88 avro İrlandiya – 1,91 avro Estoniya – 1,93 avro Avstriya – 1,96 avro Danimarka – 2 avro Yunanıstan – 2,14 avro Finlandiya – 2,18 avro İsveçrə – 2,19 avro Norveç – 2,21 avro Böyük Britaniya – 2,23 avro Hollandiya – 2,23 avro İslandiya – 2,27 avro

Məlik Demokrat.az

D
demokrat.az