Daxili siyasət

Gədəbəyə yeni icra başçısı təyin edildi

Gədəbəyə yeni icra başçısı təyin edildi

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O.Mürsəlov bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.

O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.

Demokrat.az

D
demokrat.az