Rusiyanın “NoName057” haker qrupu Finlandiya parlamentinin saytına kiber hücum edib.
Bu barədə qrupun “Telegram” kanalında məlumat verilib.
“Biz NATO-ya üzv olmaq istəyən qonşu Finlandiyaya “dostluq” səfəri etmək qərarına gəldik və bu ölkənin parlamentinin saytında daxili icazə xidmətini ləğv etdik”, - deyə hakerlərin bəyanatında bildirilib. Hadisədən bir müddət sonra Finlandiya Parlamentinin veb saytına daxil olmağa çalışdıqda xidmətin IP ünvanının tapılmaması barədə bildiriş görünüb.
Haker hücumu faktı artIq parlament tərəfindən də təsdiqlənib.


