Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ müharibəsində dəstəkələməsi onun doğru və haqqın yanında durduğunun təzahürü idi. Nazir əlavə edib ki, iki ölkənin hələ gedəcək yolu, nail olacağı məqsədləri var.


