Gündəm Özəl

Sahib Alıyev: “Azərbaycanlılar bir zamanlar kompakt yaşadıqları öz dədə-baba yurdlarına qayıtmalıdırlar”

Sahib Alıyev: “Azərbaycanlılar bir zamanlar kompakt yaşadıqları öz dədə-baba yurdlarına qayıtmalıdırlar”

“Biz heç kimlə, heç bir xalqla əbədi düşmən ola bilmərik, o cümlədən də haylarla. Açığı, biz onlara heç vaxt düşmən gözü ilə baxmamışıq, onlar həmişə bizimlə düşmən kimi davranıblar. Ümid edirəm ki, gec-tez bunun prespektivsizliyini anlayacaqlar. Və Azərbaycanla, Türkiyə ilə normal əlaqə qurmağa çalışacaqlar. Açığı hiss olunur ki, artıq bu yöndə bəzi addımlar atılır. Sadəcə yenə hərəkətlərində səmimi və ardıcıl deyillər, sadəcə əlacsızlıqdan buna gedirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat qeyd edib ki, hazırda haylar arasında Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər çoxdur: “Qarabağdakı hayların və haylaşmışların Azərbaycan qanunlarına tabe olaraq orada digər vətəndaşlarımız kimi yaşa biləcəklərini dövlətimizin başçısı cənab İlham Əliyev dəfələrlə vurğulayıb. Yəni, bununla bağlı heç bir problem yoxdur. Amma unutmamalıdrlar ki, Azərbaycandakı heç bir etnik azlıqdan artıq deyillər, digərləri üçün hansı haqlar tanınırsa, onlar üçün də eyni haqlar tanınacaq. Status arzusundadırlarsa, bu arzularına onlara dəstək çıxan ölkələrə gedib orada çata bilərlər. Əmin olun ki, hazırda Azərbaycan vətəndaşı olmaq istəyən hayların sayı bizim təsəvvür etdiyimizdən də qat-qat çoxdur. Hətta, separatçı ünsürlərin arasında belə bunu arzulayanlar az deyillər. Sadəcə sonuncular anlayırlar ki, Azərbaycan dövlətinə və xalqına qarşı cinayət işləyiblər. Buna görə də, Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar“.

Millət vəkilinin sözlərinə görə, Qarabağın Rusiya hərbi kontingentin müvəqqəti kontrolunda olan yaşayanlar da separatçı yaramazlardan, terrorçu ünsürlərdən əziyyət çəkirlər: “

Təbii ki, onlar bunu heç də gizlətmirlər. Buna görə də, əgər Rusiyanın oradakı hərbi kontingenti də üzərinə düşən missiyaya əməl edərək reinteqrasiya prosesinin tezləşdirilməsinə yardım göstərərsə, biz oradakıların əkəsriyyətinin Azərbaycan vətəndaşı olmaq arzularını dilə gətirdiyini görəcəyik. Bununla yanaşı, Ermənistan rəhbərliyi, eyni zamanda da bu regionda marağı olan, onu gizlətməyən böyük dövlətlər anlamalıdırlar ki, azərbaycanlılar da Zəngəzura, Göyçəyə, yəni bir zamanlar kompakt yaşadıqları öz dədə-baba yurdlarına qayıtmalıdırlar. Beynəlxalq, humanitar hüquq onlar üçün də belə bir haqqı tanıyır. Və onların da indi Ermənistan adlanan torpaqlarda təhlükəsizlikləri, hüquqları təmin edilməlidir!“.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az