Xəbər verdiyimiz kimi, Ağalı kəndinə əhalinin köçürülməsi ilə Böyük Qayıdışın ilk qədəmlərinə start verildi. Beləliklə, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən inşa edilən Ağalı kəndinə indiyədək 201 nəfərdən ibarət 41 ailə köçürüldü. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir. 

"Məlum məsələdir ki, işğaldan azad olunmuş ərazilərə yenidən qayıtmaq vaxtilə məcburi köçkün düşmüş hər bir vətəndaşlarımızın əsas qayəsi, məramı və məqsədidir. Və bu istiqamətdə də Azərbaycan dövləti öz siyasətini davam etdirməkdədir. Ən böyük problem təbii ki, minalardan təmizlənmə, təhlükəsizlik məsələsi və Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh sazişinin ortaya qoyulmasıdır. Köçün təbii ki, başa çatması üçün infrastrukturların yenidən qurulması, bərpa olunması vacibdir. Çünki bütün bunlar hər bir vətəndaşın gələcək rifahı, məşğulluğu üçün mütləq şəkildə həyata keçməlidir. Buna görə də, Azərbaycan dövləti bütün bu istiqamətlərdə işlərini görür. Bundan sonra, artıq hər bir vətəndaşın rahat yaşaması üçün onun mənzil probleminin həlli, bir sıra kommunal məsələlərinin həlli də öz həllini tapmalıdır. Məhz buna görə də, bütün rayonların və məntəqələrin layihələri hazırlanır. Yəni, hər bir vətəndaşın yaşaması üçün maksimum şəraitin yaranması üçün problemlər həll edilir. Ən çox ziyan çəkmiş ərazilər istər Ağdam istiqamətində, istər digər rayonlarda mütləq şəkildə yenidənqurma prosesləri davam etdirilir və gələcəyə yeni bir hazırlıq, bir baxış layihələri həyata keçirilir. Təbii ki, hər bir vətəndaş köçdükdən sonra onun məşğulluq məsələsi önə plana çəkilir. Əsas məram və məqsəd onların dinc, təhlükəsiz həyat tərzini yerinə yetirmək və təmin etməkdir”. 



C.Osmanov qeyd edib ki, pandemiyada dünya iqtisadiyyatına çox mənfi təsir göstərdi:
“Baxmayaraq ki, dünyada iki illik koronavirus pandemiyası var idi və dünyanın iqtisadiyyatına çox mənfi təsirlərini göstərdi. Uzumüddət ölkəmiz 44 günlük ağır müharibədən çıxmış ölkə olmasına və dünyada iqtisadi böhranın olduğuna baxmayaraq Azərbaycan bu ərazilərdə böyük yenidənqurma və bərpa işlərini aparır. Bir sözlə, Azərbaycan prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətinin ən əsas prioritet vəzifələrindən biri odur ki, məhz işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərini həyata keçirsinlər. Burada insanlarımız üçün ən ləyaqətli həyat şəraiti qurulsun. Onların məşğulluğunun təmin olunması üçün bir sıra böyük layihələr həyata keçirilirsin ki, əhalimiz bura köçdükcə ən rahat şəraitdə yaşasınlar. Eyni zamanda da, onların məşğulluğu təmin olunsun. Azərbaycan dövləti tərəfindən müharibə bitdikdən sonra azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri dünya tarixində bu qədər sürətlə həyata keçirilməmişdir. Nəzərə alsaq ki, bütün bu işləri Azərbaycan dövləti öz gücü hesabına həyata keçirdir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu:İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Aynurə Pənahqızı Demokrat.az


