İnfrastruktur

Bakıdan Naxçıvana avtobus reysləri artırıla bilər? — AÇIQLAMA

Bakıdan Naxçıvana avtobus reysləri artırıla bilər? — AÇIQLAMA

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin sayı sərnişin axını daha çox olduğu halda artırıla bilər.

Bunu Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, marşrutların təhlili, tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, Bakı-Naxçıvan-Bakı avtobuslarının hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

"Təhlillər nəticəsində reyslərin sayının artırılması qərara alınıb. Artıq Bakı-Naxçıvan-Bakı istiqamətində gündə 2 deyil, 3 reys həyata keçirilir. Sərnişin axını olduğa halda reyslərin sayı artırıla bilər. Tələbat nəzərə alınaraq reyslərdən biri axşam saatlarında həyata keçirilir".

Demokrat.az

D
demokrat.az