İdman

Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəldi

Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəldi

"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1hesablı qələbəsi ilə başa çatıb.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədəQvido Burqştaller fərqlənib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Demokrat.az

D
demokrat.az