Gündəm Özəl

Deputatdan SƏRT AÇIQLAMA: “Hərbçilər blogger deyillər!”

Deputatdan SƏRT AÇIQLAMA: “Hərbçilər blogger deyillər!”

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülərin yeni məlumat kimi paylaşılması ilə bağlı müraciət yayıb.

Müraciətdə qeyd edilir ki, şəbəkə istifadəçiləri və əhali belə köhnə görüntüləri yeni video adıyla yaymamalı və ictimaiyyət arasında çaşqınlıq yaratmamalıdır. Habelə müraciətdə vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etmək tövsiyə olunur.

Bununla bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin üzvü Asim Mollazadə bildirib ki, hərbçilərin internet üzərindən yayım həyata keçirməsi təhlükəsizlik prinsiplərini kobud sürətdə pozulması deməkdir. Deputat qeyd edib ki, bu əməllər hərbçi olmaqla uyğun gəlmir:

“Hərbçilər blogger deyillər, onlar “Youtube”da belə bir yayımlar həyata keçirə bilməzlər! Bu, kobud sürətdə nizannamənin pozur və bütün qaydalara ziddir. Ən əsası isə Azərbaycan Silahlı Qüvvələri üçün təhlükə yaradır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az