Odessa limanından yola düşən taxıl daşıyan gəmi İstanbul boğazına çatır
Dünən Ukraynanın Odessa limanından yola düşən qarğıdalı yüklü RAZONI quru yük gəmisinin yerli vaxtla saat 21:00 radələrində İstanbul Boğazınıngirişinə çatması gözlənilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Müştərək Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış sabah səhər başlayacaq.
Demokrat.az


