Gündəm Özəl

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq sərfəlidir? — AÇIQLAMA

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq sərfəlidir? — AÇIQLAMA

“Azərbaycanda əhalinin mənzil təminatına dəstək mexanizmlərindən biri olan kirayə yolu ilə mənzil alışı qaydalarında bəzi yumşalmalar edilib. Düzdür, kreditlə mənzil satışının yüngülləşdirilməsi, şərtlərin dəyişdirilməsi müsbət haldır. Amma, problem odur ki, Azərbaycanda bu tip mənzillərə tələbat həddindən artıq çoxdur, mənzillərin həcmi isə azdır. İndiyədək kirayə mənzil haqqından istifadə edənlərin sayı heç minə qədər çatmayıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçının sözlərinə görə, bir mənzilə yüzdən çox insan tələb göstərir ki, bu da kifayət qədər ciddi problemə çevrilir:

“Əsas problem odur ki, hamı Bakı və Abşeron rayonunda mənzillərə çıxış əldə etmək istəyir.

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq sərfəlidir? — AÇIQLAMA

Ona görə də, bu proqramın ölkənin digər regionlarına da yayılması məqsədəuyğundur. Amma, həmin regionlarda iş fürsətləri, qazanc imkanları yaradılmalıdır ki, insanların da marağı artsın. Hesab edirəm ki, mənzil fondunun artırılmasına və proqramın ölkənin digər ərazilərdə yayılmasına ehtiyac var”. İqtisadçının sözlərinə görə, ölkəmizdə kreditlə mənzil alanlar daha çox üstünlük təşkil edir:

“Ümumiyyətlə, mənzili kirayə üsulu ilə almaq ipotekadan sərfəlidir. Çünki belə mənzillər daha sərfəlidir, ona görə insanların marağına səbəb olur. Amma kirayə yolu ilə ev almağın həcmi kiçik olduğundan insanlar bundan istifadə edə bilmir. Ölkəmizdə sosial ipoteka və kreditlə ev almaq kampaniyasına insanların marağı daha böyükdür”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az