“Azərbaycan, Özbəkistan və Türkiyə qardaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edir”.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb.
“Həmkarlarım - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Daşkənddə keçirilən Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 1-ci üçtərəfli görüşündə iştirak edirik. Azərbaycan, Özbəkistan və Türkiyə qardaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edirik”, - paylaşımda deyilir.
Məlik Demokrat.az


