Dünya

"Rusiya ilə silahlara nəzarəti müzakirə etməyə hazıram" — Bayden

Rusiya ilə silahlara nəzarəti müzakirə etməyə hazıram — Bayden

ABŞ Rusiya ilə nüvə də daxil olmaqla yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.

Demokrat.azxəbər verir ki, bu barədə bazar ertəsi, avqustun 1-də ABŞ prezidenti Co Bayden bildirib.

“Bu gün mənim administrasiyam 2026-cı ildə istifadə müddəti başa çatan START III-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara keçməyə hazırdır”, - deyə C.Bayden bildirib. C.Bayden xatırladıb ki, hətta soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.

Demokrat.az

D
demokrat.az