Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 5 saylı Uşaq Bağçasında 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibəti ilə məktəbəqədər yaşlı uşaqlarla görüş keçirilmişdir.
Demokrat.az xəbər verir ki, tədbirdə ilk öncə uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra tədbir Salyan şəhər 5 saylı Uşaq Bağçasının məktəbəqədər yaşlı uşaqlarının hazırladıqları musiqili kompozisiyalar, şeirlər və müxtəlif əyləncəli oyunlarla davam etdirildi.
Tədbirin sonunda uşaqlar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr ilə sevindirildilər.






Malik Demokrat.az


