Dünya

Rusiyanın Qara dəniz Donanmasının qərargahı vuruldu, yaralılar var — YENİLƏNİB

Rusiyanın Qara dəniz Donanmasının qərargahı vuruldu, yaralılar var — YENİLƏNİB

Rusiya Qara dəniz Donanması Sevastapolda qərargah ərazisinə zərbə endirildiyini təsdiqləyib.

Demokrat.az xəbər verir ki, Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsinə binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edilib ki, yaralılara zəruri tibbi yardım göstərilib.

***10:02

Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Sevastapol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.

Nəticədə 5 nəfər yaralanıb.

Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.

Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.

D
demokrat.az