Gündəm Özəl

“Ermənistan siyasi prosesə kölgə salmaq üçün addımlar atır” — ŞƏRH

“Ermənistan siyasi prosesə kölgə salmaq üçün addımlar atır” — ŞƏRH

“Ermənistan tərəfi öz təxribatlarını davam etdirir və atəşkəs rejiminin pozulması, mövqelərimizin atəşə tutulması halları baş verir. Eyni zamanda, xüsusilə qeyd etmək lazımdır ki, həm müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş sülhməramlıların olduğu bölgədən, eləcə də Ermənistan ərazisindən Azərbaycanın mövqeləri atəşə tutulub”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib. Politoloq vurğulayıb ki, bu proses ABŞ-ın dövlət katibi Entoni Blinkenin İrəvan və Bakı ilə qurduğu təmaslar fonunda baş vermişdir:

“Biz həm 30 illik münaqişə tarixinə, eləcə də postmüharibə dövrünə nəzər salanda görürük ki, hər zaman siyasi diplomatik sahədə intensivlik baş verməmişdən öncə və sonra Ermənistan tərəfi hərbi təxribatlara əl atır. Bunun hansı səbəbdən baş verməsi aydındır. Ermənistan regionda sülhü istəmir və davamlı olaraq gərginliyin yaradılmasında maraqlıdır. Ermənistanın xaricində olan lobbis dairələr regionda təhlükəsizliyə təhdid törətmək nöqteyi-nəzərdən fəaliyyət göstərirlər.

“Ermənistan siyasi prosesə kölgə salmaq üçün addımlar atır” — ŞƏRH

Eyni zamanda, Türkiyə tərəfi də Azərbaycanla münasibətlərini koordinasiya edərək regional əməkdaşlığı təşviq edir. Rəcəb Tayyib Ərdoğan öz açıqlamasında Azərbaycanın qırmızı cizgi olduğunu bildirmiş və Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğuna işarə etmişdir. Bu, onu göstərir ki, Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında hazırda siyasi nizamlanma prosesi icra olunarkən Ermənistan öz məsuliyyətindən boyun qaçırdır. Türkiyə üçün əsas məsələ Azərbaycanla bağlı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir”.

Politoloqun sözlərinə görə, təəssüflər olsun ki, Ermənistan regional əməkdaşlıqdan boyun qaçırdır:

“Ermənistan da üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdır. Digər önəmli məsələ bundan ibarətdir ki, həm Rusiyanın, həm Avropa İttifaqının vasitəçiliyi ilə regionda mühüm siyasi danışıqlar həyata keçirilir, lakin bunun da bir nəticəsi olmur. Danışıqları biz şərti olaraq 3 mərhələyə bölə bilərik: birincisi, sərhədlərin delimitasiya və demarkasiyası ilı bağlıdır, ikincisi iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunmasına ehtiva edir, üçüncüsü isə sülh müqaviləsinin bağlanması ilə bağlıdır. Və Tbilisidə Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş ikitərəfli münasibətləri nizamlamaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Lakin Ermənistan tərəfi bu danışıqlarda istənilən nəticəni vermədi. Lakin danışıqların özünün keçirilməsi müsbət bir hal kimi dəyərləndirilir və bu, məsələ Entoni Blinkenlə Cənab İlham Əliyevlə görüşdə də vurğulanmışdır. Brüssel sülh gündəliyinə uyğun olaraq mühüm bir proses icra olunmuşdur. Ümumiyyətlə, Ermənistan öz məkrli niyyətlərindən əl çəkmir, siyasi prosesə kölgə salmaq üçün addımlar atılır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az