Sosial Özəl

“Azəriqaz” da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

“Azəriqaz” da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 29 iyul saat 11:00-da başlayacaq.

Demokrat.azxəbər verir ki, aksiya " Feysbuk" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticəsi haqqında mühüm məqamlar açıqlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları ( blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Aynurə Demokrat.az

D
demokrat.az