Gündəm Özəl

“Lazım gələrsə, biz problemi Ermənistan dövlətinin ərazisində həll edəcəyik” — ŞƏRH

“Lazım gələrsə, biz problemi Ermənistan dövlətinin ərazisində həll edəcəyik” — ŞƏRH

“Biz istər Qarabağın dağlıq hissəsində rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə, istərsə də, Ermənistan və Azərbaycan sərhəddində mütəmadi olaraq erməni hərbi birləşmələrininin atəşkəsi pozduğunu, yaxud Azərbaycan ordusu üzərinə silahlardan istifadə etdiyinin şahidi olmaqdayıq”.

Bunu Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, bütün bu hadisələr onun göstərir ki, Ermənistan dövləti müharibədən düzgün şəkildə nəticə çıxartmayıb:

“Erməni hərbi birləşmələrinin xarici və ya daxildəki hansısa generallara qulluq etməsindən asılı olmayaraq, bütün məsuliyyət Nikol Paşinyanın üzərinə düşür. Bu hadisələr əslində bir daha onu göstərir ki, biz Ermənistanla münasibətlərin nizama salınması üçün mütləq şəkildə ziddiyyətli məqamları və problemli nöqtələri aradan qaldırmalıyıq. Bu problemli nöqtələrdən biri də əlbəttə ki, rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə olan erməni qanunsuz hərbi birləşmələri ilə bağlıdır. Belə ki, biz tezliklə onların oradan bu və yaxud digər yollarla məhv edilməsinin şahidi ola bilərik ki, bu ehtimal da kifayət qədər yüksəkdir. Əlbəttə ki, artıq Qarabağdakı erməni hərbi birləşmələri və separatçılıq amilləri aradan qaldırılandan sonra artıq Paşinyan hökuməti ilə Azərbaycan-Ermənistan arasında ciddi şəkildə sazişlər və digər anlaşmalar da ola bilər”.

“Lazım gələrsə, biz problemi Ermənistan dövlətinin ərazisində həll edəcəyik” — ŞƏRH

Politoloq qeyd edib ki, Ermənistan dövləti Azərbayanın dövlətinin təhlükəsizliyinə təhdiddir:

“O ki, qaldı Ermənistanın dövlət sərhədində Azərbaycan üzərində hücumlarına, bu hadisə onu göstərir ki, bəli, Ermənistan dövləti Azərbaycan dövlətinin təhlükəsizliyinə təhdiddir. Əlbəttə ki, lazım gələrsə biz problemi Ermənistan dövlətinin ərazisində həll edəcəyik, hansı ki, tarixi Azərbaycan torpaqlarıdır. Biz bu gün görürük ki, bəzi ölkələr öz dövlət təhlükəsizliklərini qonşu ölkələrdə bərpa edirlər. Bu məsələ də mütləq şəkildə gündəmdə olacaq. Yeri gəlmişkən, Ermənistanda vaxtıkən yaşamış azərbaycanlıların ora qayıdışı üçün Azərbaycan ordusu lazım gələrsə, öz gücündə də istifadə edəcəkdir. Və Zəngəzurda, Göyçədə mütləq şəkildə azərbaycanlılar o torpaqlara qayıdacaqdır. Əks təqdirdə, bu kimi hadisələr təkrarlanacaq. Əks təqdirdə, ermənilərin ambisiyaları oturuşmuş olmayacaq və güc effektində cavab veriləcək. Tezliklə biz erməni hərbi birləşmələrilərin bir daha Azərbaycanın "dəmir yumruğu”, “dəmir zərbəsi” nəticəsində məhv olunduğunun şahidi ola bilərik”.

Xatırladaq ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.Müdafiə Nazirliyindən verilən məlumata görə, bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az