Gündəm Özəl

Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO

Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO

19-24 iyul tarixlərində Almaniyanın Frankfurt şəhərində Beynəlxalq STEM olimpiadası keçirilib.

Demokrat.az xəbər verir ki, 13 ölkənin təmsil olunduğu olimpiadada Azərbaycandan 8 komanda, ümumilikdə 58 şagird iştirak edib. Olimpiada “Riyaziyyat”, “Təbiət Elmləri” və “Kompüter – Kodlaşdırma” adlı 3 kateqoriya üzrə keçirilib.

Komandalarımız ümumilikdə 31 qızıl, 23 gümüş, 29 bürünc, 16 həvəsləndirici medal qazanıblar. Finalda həm sinif, həm də kateqoriya üzrə nailiyyət əldə etmək mümkün idi. Kateqoriya üzrə dünyada ilk 3 yeri qazanan şagirdlər Frankfurtda təşkil olunan Grand Final turunda iştirak etmək üçün endirimlər əldə ediblər.

İştirakçılar Giesen şəhərindəki məşhur Matematicum Elm Mərkəzində və Hailbronn şəhərindəki Experimenta Elm Mərkəzində olublar. Buradakı elmi tədqiqat və təcrübə proqramları ilə tanış olmaq imkanı əldə ediblər. Final turu və mükafatlandırma mərasimi isə Avropanın və dünyanın məşhur ali təhsil müəssisələrindən olan Goethe Universitetində həyata keçirilib. Sevindirici haldır ki, komandamız 3 fərqli kateqoriyada və fərqli siniflər üzrə Vətənə böyük nailiyyətlərlə dönüb. Qızıl medal qazananlar arasında təşkil olunan "Best of best" nominasiyasında şagirdlərimiz 1 dəfə 3-cü, 5 dəfə 2-ci, 6 dəfə 1-ci olaraq adlarını ən güclülər sırasına yaza biliblər.

Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO
Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO
Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO
Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO
Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO
Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO
Həmyerlilərimiz ən güclülər sırasında... — FOTOLAR+VİDEO

Maya İmran Demokrat.az

D
demokrat.az