Dünya

Bu ölkələr Ukraynaya tanklar göndərdi

Bu ölkələr Ukraynaya tanklar göndərdi

Polşa və Almaniya hərbi yardım olaraq Ukraynaya tanklar göndərib.

Demokrat.azxarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezident Aparatının sözçüsü Andrey Ermak açıqlama verib.

“Polşadan “PT-91 Twardy” tankları Ukraynaya gəldi. Dostlarımıza təşəkkür edirik”,- deyə o qeyd edib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə televiziya kanallarından birində Almaniyadan gələn 15 Gepard zenit-tank sistemindən ilk üçünün Ukraynaya çatdığını bildirib.

Demokrat.az

D
demokrat.az