Region

Türkiyə ordusu 289 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 289 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı 289 “PKK”lı terrorçunu zərərsizləşdirib.

Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində, həmçinin terrorçulara məxsus 330 mağara və sığınacaq məhv edilib.

Xatırladaq ki, “Pençe-Kilit” antiterror əməliyyatı cari il aprelin 17-sində başladılıb.

Məlik Demokrat.az

D
demokrat.az