Gündəm

"Hüquqi islahatların başında Ramiz Rzayev duracaqsa..." — Eynulla Fətullayevdən SƏRT SÖZLƏR

Hüquqi islahatların başında Ramiz Rzayev duracaqsa... — Eynulla Fətullayevdən SƏRT SÖZLƏR

"Prezident hüquqi islahatlar və məhkəmələrin buraxılıb yenidən qurulması ilə bağlı tarixi bir fərman imzaladı. Amma bu inqilabi fərman həyatda necə icra edildi? Ali Məhkəmənin sədri, məhkəmə özbaşınalığı və korrupsiyanın başında duran Ramiz Rzayev jurnalistləri toplayıb islahatlardan dəm vurur. Sual edirəm: əgər məhkəmə və hüquqi islahatların başında Ramiz Rzayev duracaqsa, onda hansı islahatdan söhbət gedir? Və bu fərmana lüzum var idimi?".

Demokrat.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist, Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev sosial şəbəkədə yazdığı statusunda bildirib.

Daha sonra Eynulla Fətullayev yazır:

"Sual edirəm: Prezident islahatlar haqda fərman imzalayırsa, deməli bu sahədə problemləri etiraf etmiş olur. Fərmanda hər cümlədə korrupsiya ifadəsi var. Əgər, məhkəmələrdə korrupsiya etiraf edilirsə, o zaman Ramiz Rzayev mətbuat konfransında nədən və kimdən danışır? Axı son 15 ildə Ali Məhkəmənin başında duran bu şəxsdir, deməli islahatlara deyil, korrupsiyaya da məsul odur...".

Hüquqi islahatların başında Ramiz Rzayev duracaqsa... — Eynulla Fətullayevdən SƏRT SÖZLƏR

D
demokrat.az