Gündəm Özəl

“Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlər planı hazırlanıb” — AÇIQLAMA

“Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlər planı hazırlanıb” — AÇIQLAMA

Böyük qayıdışın ilk iştirakçıları - Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial təminatı üçün dəstək tədbirlərinin görülməsinə başlanılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülən sakinlərin məşğulluğu və işlə təminatı sahəsində addımlar atılır.

Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızı Demokrat.az-a bildirdi ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub:

“Ağalı kəndindən olan 30 nəfər iştirakçı seçilib-uyğun namizədlər, onlar özünüməşğulluq proqramına cəlb olunublar, həmin şəxslərə artıq biznes təlimləri də keçirilib, sonuncu mərhələ olarq artıq köç edən şəxslərin aktivlərlə təminatı həyata keçiriləcək ki, artıq Ağalı kənd sakinləri öz doğma yurdlarında iş fəaliyyətinə başlaya bilsinlər.”

“Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlər planı hazırlanıb” — AÇIQLAMA

Onlara əsasən istehsal sahələri üzrə aktivlər təqdim olunacaq. Bura avtoservis, inşaat, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. daxildir. Bundan başqa gələcəkdə Ağalı kəndinə köçürüləcək digər vətəndaşlar da işlə təmin olunacaq:

“Agentliyin nümayəndəliyi tərəfindən Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri, özəl şirkətlər müəyyənləşdirilib, onlarda olan boş iş yerlərinə uyğun namizədlərin kənd sakinlərinin işlə təminatı prosesi həyata keçiriləcək. Ağalı kəndində fəaliyyət göstərən işə götürənlərə dəstək olmaq və işsiz şəxslərin işlə təminini həyata keçirmək üçün proqrama işəgötürənlərin cəlb olunması nəzərdə tutulur. Və proqrama cəlb olunan işə götürənlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndərişi verilən və işlə təmin olunan vətəndaşların əmək haqqlarının 50 faizə qədəri Dövlət Məşğulluq Agentliyi tərəfindən maaliyyələşdiriləcək.”

Kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə elə Ağalı kəndində peşə hazırlıq kursları təşkil ediləcək.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az