Sosial

QMİ sədri Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib

QMİ sədri Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədriŞeyxülislam Allahşükür PaşazadəGürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.

“Report”un yerli bürosu xəbər verir ki, muzeyin direktoruLeyla ƏliyevaQMİ sədri və nümayəndə heyətinin üzvlərinə mədəniyyət ocağının yaranma tarixi, Azərbaycanın böyük ədibi, ictimai xadimi M.F.Axundovun həyatı, fəaliyyəti və yaradıcılığı barədə ətraflı məlumat verib.

Qonaqlar muzeyin müxtəlif guşələri və sərgilənən eksponatlarla tanış olublar.

QMİ sədri muzeyin rəhbərliyi və əməkdaşlarına Azərbaycan və Gürcüstan xalqları arasındakı tarixi dostluq, qardaşlıq və nümunəvi qonşuluq əlaqələrinin inkişafı istiqamətində göstərdikləri xidmətlərə görə təşəkkür edib.

D
demokrat.az