Gürcüstan, Rumıniya, Bolqarıstanın Azərbaycan istehsalı olan şüşə taralarına tələbatları var.
"Report"xəbər verir ki, bunu dünən Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi "Glassica" müəssisənin direktoru İbrahim Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təməli 2021-ci il yanvarın 18-də dövlət başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri20 milyonmanatdan çox olan müəssisədə il ərzində90 milyonədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq:
“Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının2,6hektar ərazisində inşa edilmiş müəssisədə160nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində135ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib".
O əlavə edib ki, yaxın vaxtlarda ikinci mərhələ üzrə yeni zavodun tikintisi nəzərdə tutulur: “Müəssisə bu ərazi ilə üzbəüz tikiləcək. İllik120 milyonhəcmində butulka istehsalı nəzərdə tutulur. Bizim məqsədimiz yerli bazarı tam təmin etməkdir". 




