Gündəm Özəl

“Ukraynada ordu o hərəkətləri edə bilirsə, biz niyə Laçında etməyək?” — Sülhəddin Əkbər

“Ukraynada ordu o hərəkətləri edə bilirsə, biz niyə Laçında etməyək?” — Sülhəddin Əkbər

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının Azərbaycanın Qarabağ bölgəsinin Laçın dəhlizində nə işlə məşğul olduğunu əks etdirən eksklüziv görüntülər əldə edib. Rusiyalı hərbçilər 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qarıkaha kəndində birmərtəbəli yaşayış binasının dam örtüyünü sökülməsi ilə bağlı görüntülər yayılıb.

Məsələyə münasibət bildirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya silahlı qüvvələrinin həm mənəvi, həm də psixoloji baxımdan hansı vəziyyətdə olması Ukraynada bütün dünyanın gözü qarşısında sərgilənir. Ona görə də, nəzərə alsaq ki, Azərbaycanda olan silahlı qüvvələr də həmin silahlı qüvvələrin tərkib hissəsidir, məncə, burada təəccüblü bir şey yoxdur:

“Onlar düşünürlər ki, əgər Ukraynada silahlı qüvvələr o hərəkətləri edə bilərlərsə, biz niyə burada Laçında etməyək. Qaldı konkret bu fakta, mənə elə gəlir ki, ilk növbədə Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan Xarici İşlər Nazirliyi, yaxud da ki, Prezident Aparatının müvafiq şöbəsi bu məsələyə münasibət bildirməlidir. Yəni, birinci fakt təsdiq olunmalıdır. Əgər fakt təsdiq olunarsa, təbii ki, müvafiq addımlar atılmalıdır. Təbii ki, Ukraynada baş verənlər Rusiyada tədricən silahlı qüvvələrdən başlayaraq, bütün hökumət və dövlət qurumlarına təsir edəcək. Son nəticədə isə sadə xalqa, yəni daima televiziya vasitəsilə aldadılan, beyni yuyulmuş xalqa da təsir edəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az