Hadisə Özəl

Kafe sahibi “tasa” otuzduruldu, sonra bıçaqlandı — Şok olay

Kafe sahibi “tasa” otuzduruldu, sonra bıçaqlandı — Şok olay

Bakının Binəqədi rayonunda 1990-cı il təvəllüdlü Səbuhi tanışı Rəşadı bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 fevral 2020-ci ildə, gecə saat 02 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən “Çardaq” adlı kafedə baş verib.

Səbuhi həmin girişində olan pilləkənlərdə əvvəldən tanıdığı Rəşadı bir neçə gün öncə onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib, bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub.

İstintaq orqanı tərəfindən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, özünü xuliqanlıq niyyəti ilə hadisənini törədilməsində təqsirli bilməyib.

Səbuhi deyib ki, hadisə anlaşılmazlıq nəticəsində baş verib:

“2020-ci ilin yanvarında Goradil qəbəsində yerləşən “Yelkən” kafesinə gedirdim. Rəşad da oranın adminstratoru olduğundan onunla hər zaman salam-sağolum olub. Lakin onunla çox da yaxın münasibətim olmayıb. Həmin vaxtlar guya mənim Rəşadın kafesində yeyib-içərək pulunu vermədiyimi və Rəşadı “tasa" otuzdurduğumu demişəm. Bu barədə şayiələr yayılıb. Rəşadla buna görə aramızda anlaşılmazlıq yarandı. Bu səbəbdən Rəşadla Mehdiabad qəsəbəsində mübahisəmiz oldu. Rəşad məni söyərək, əl-qol ilə mənimlə dalaşdı. Həmin vaxt Rəşadın yanında başqa şəxslər də var idi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Rəşadın nə üçün onu söyməsini aydınlaşdırmaq və aralarında olan anlaşılmazlığı həll etmək üçün fevralın 17-də, saat 18 radələrində Rəşadla əlaqə saxlayıb:

“Onunla Biləcəri qəsəbəsində “Məmmədoğullar” servisin yanında yerləşən “Çardağ” kafesində görüş təyin etdik. Fevralın 18-nə keçən gecə saat 01 radələrində həmin kafedə tək oturmuşdum və Rəşadı gözləyirdim. Rəşadı özünün idarə etdiyi və özündən başqa digər şəxsin idarə etdiyi maşın olmaqla iki maşınla özündən başqa 7-8 nəfərlə birlikdə gəldiyini gördüm. Sonra bir nəfər tanımadığım şəxs pilləkənləri qalxdı, göz gəzdirdi və bundan sonra Rəşad pilləkənləri qalxdı. Rəşadın yanında başqa şəxslərlə birgə gəldiyini gördüm. Buna görə də qorxdum. Rəşad pilləkənləri qalxarkən kafenin ikinci mərtəbəsində olan yay mətbəxtində stolun üstündən tiyə hissəsində xırda kəsintilər olan limon doğramaq üçün nəzərdə tutulmuş mətbəx bıçağını götürdüm. Bıçağı əlimdə saxlayaraq pilləkənlərin qurtaracağında Rəşadı qarşıladım”.

Səbuhinin bildirdiyinə görə, bundan sonra Rəşadgilin iki maşınla gəldiyini və digər şəxslərin olduğunu görüb: “Məni döyəcəklərini ehtimal etdim. Rəşada heç nə demədən bıçaqla bir dəfə qarın nahiyəsindən zərbə vurdum. Bu zaman Rəşad zərbənin təsirindən dizlərini yerə qoydu, yerə yıxıldı. Sonra oradan uzaqladım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Səbuhi 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az