Maraqlı

Azərbaycanın ən yaşlı tələbəsi 430 manat təqaüd alır

Azərbaycanın ən yaşlı tələbəsi 430 manat təqaüd alır

Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, Filologiya fakültəsinin ikinci kurs tələbəsi – 50 yaşlı Əfsəl Qazıyevdir.

Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır. O 130 manat - əlaçı təqaüdü, 200 manat - rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü, və 100 manat - 6 fəndən 100 bal topladığına görə təqaüd alır. (Oxu.az)

Demokrat.Az

D
demokrat.az