Artıq bir aydan çoxdur ki, Tovuzla sərhəddəki Ermənistan ərazisində yeni Rusiya hərbi bazasının fəal şəkildə inşası aparılır.
Bu barədə “Caliber”in Yutub kanalında yayımlanan yeni süjetdə bildirilib.Bəs,
yeni hərbi obyektin tikintisi hansı məqsəd və hədəflər üçün nəzərdə tutulub?
Suallımızı cavablandıran Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın məqsədi bölgəmizdə bütün kommunikasiya, neft-qaz xətlərinə nəzarət etməkdir. Professorun sözlərinə görə, Ermənistanda ikinci bir hərbi bazanın qurulması qərarı çoxdan var idi:
"Ermənistanın buna qarşı getməməsi də başa düşüləndir, bu ölkə Rusiyanın təsir dairəsindən çıxmağa cəhd etmir, strateji olaraq bütün varlığını Rusiyaya bağlayır. Əlbəttə bu baza həm Azərbaycan, həm də Gürcüstan üçün təhdiddir".
Q.Çaxmaqlı sonda qeyd edib ki, Rusiya Azərbaycanın Qərbə gedən enerji koridorunu nəzarətdə saxlamaq məqsədini açıq ortaya qoyur.
Aynurə Pənahqızı
Demokrat.az


