Elmir Rasim oğlu Murquzov 1993-cü il 17 mart tarixində Tovuz rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad universitetinə qəbul olub. Ali təhsilini bitirib, hərbi xidmətə yollanıb. Geri qayıtdıqdan sonra Ankara Qazi universitetində magistr elmi-ixtisas dərəcəsi alıb. Daha sonra özəl şirkətlərin birində əmək fəaliyyətinə başlayıb. 2 il öncə- Tovuz döyüşlərindən dərhal sonra Cənab prezidentin müraciətinə əsasən, Elmir könüllü olaraq, orduya yazılır..
Demokrat.az az saytı Elmir Murquzovla həmsöhbət olub, onun döyüş yolu və əmək fəaliyyəti ilə yaxından tanış olub.
“Oktyabrın 4-ü tarixində ordu sıralarına çağırıldım. Oktyabrın 5-i tarixində isə cəbhəyə yola düşdüm. İki gün sorna isə ön cəbhədə döyüşlərə başladıq. Ondan sonra Talışkənd, Suqovuşan, Ağdərənin yaxınlığı istiqamətində döyüşlərdə iştirak etmişik.”
Elmir deyir ki, müharibədə ölümdən çox, döyüş yoldaşlarının ölümü qorxudur insanı..
“Ən dəhşətli anlar döyüş yoldaşlarınızın yanınızda şəhid olmağı, yaralanmağı ola bilər. Onların adlarını vurğulamaq istəyirəm- bizim batareyada, mən artilleriyada xidmət eləmişəm, 120 mm-lik minaatan batareyasında, bizim üç nəfər yoldaşımız şəhid olmuşdur, Qurbanov Davud, Hüseynov Əzəmi, Əmrahov Rasim..
Müsahibim Elmir Murquzov deyir ki, müharibə gedişatında ən dəhşətli anlarda məhz vətən sevgisi ölüm qorxumuzu dəf edirdi.
“Ölümə ən yaxın hiss etdiyim an ön cəbhəyə birinci getdiyimiz gün idi. Biz dördü URAL, ayağımız hələ işğaldan azad edilməmiş torpaqlara dəyməmiş, ora yola düşəndə tam bizim aramıza 120 mm-lik minaatanlardan atəş açdılar, sürücülərin peşəkarlığı nəticəsində ordan xilas olduq. Yaralanmadan, şəhid olmadan, itki vermədən xilas olduq. Noyabrın 10-na keçən gecə sabah, gecə saat 3-ə 10 dəq işləmişdi, hərbi hissə komandiri rabitəyə əlaqəyə çıxdı, onun sözü hələ də qulaqlarımdan getmir, dedi ki “kişilər, gözünüz aydın, düşmən təslim oldu, biz qələbə qazandıq”! Ondan sonra toy-bayram oldu.”
Mülkü həyata qayıdışndan az sonra o Dövlət Məşğulluq Agentliyində əmək fəaliyyətinə başlayıb..
“Buranın perspektivini nəzərə alaraq, vakansiya gördüm, onunla bağlı CV göndərdim, dərhal geri dönüş oldu, ondan sonra burda əmək fəaliyyətimi burda davam etdirməyə başladım. Dövlət Məşğulluq Agentliyinin İnzibati departamentinin Satınalmalar şöbəsində böyük mütəxəssis olaraq çalışıram. Agentliyimizin əsas iş prinsipi həssas qruplarla işsizlərlə, iş axtaranlarla işləməkdir, onlara dəstək olmaqdır, mən özümün timsalımda müharibə iştirakçısı kimi deyə bilərəm ki, şəhid ailə üzvləri olsun, digər müharibə veteranları olsun, müharibə iştiarkçıları olsun, daima yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun özü də şərəfli işdir, çünki bizim kontingentimiz həssas qruplardır, bunun özü də bizə həvəs verir ki, ölkədəki həssas qruplarla işləməyə, onlara xidmət göstərməyə, xalqa xidmət eləməyə. Mənim də bəzi məqsədlərim var, əlbəttə, daha vətənə, millətə, cəmiyyətə faydalı bir fərd olmaq ən böyük məqsədimdir.”
Canlarını Vətənə-bizə fəda etmiş şəhidlərimizə rəhmət, Vətən müharibəsində sağlamlığından keçmiş bütün Vətən oğullarına, Elmir kimi əmək fəaliyyəti ilə məşğul olanlara isə uğurlar diləyirik..
Maya İmran Demokrat.az


