Gündəm

“Dərnəgül" metrostansiyası yaxınlığındakı yanğın söndürüldü

“Dərnəgül metrostansiyası yaxınlığındakı yanğın söndürüldü

Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ərazisində ("Dərnəgül" metrostansiyası yaxınlığı) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az-ınFövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yarasız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Demokrat.az

D
demokrat.az