"Xəstəliyin yayılma istiqaməti quru sərhədləridir, ona görə sərhədlərimizi bağlı saxlayırıq". Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Milli Məclisin deputatı Azər Badamov Demokrat.az-a açıqlamasında bildirib ki, burada yeganə məqsəd insanların sağlamlıqlarının qorunmasıdır:
“Prezident İlham Əliyev 6 ayın sosial iqtisadi yekunlarına həsr olunmuş müşavirədə insanları son vaxtlar ən çox düşündürən quru sərədlərin açılmamasının səbəbini çox geniş şəkildə qeyd etdi. Təbii ki, "COVİD" pandemiyası hələ də bitməmişdir. Hansı ölkələr quru sərhədlərini açdılarsa, o ölkələrdə bu gün "COVİD"-ə yoluxmaların sayının kəskin artıdğını, yenidən qapanmaların edilməsi və tibbi maska tələblərin yenidən tətbiqi üzərində düşündüklərini görürük. Azərbaycan dövləti pandemiya ilə mübarizəyə böyük maliyyələr xərcləmişdir, tibb personlaını səfərbər etmi., iqtisadiyyatımızda gerilik baş Verdi”.
Deputat əlavə edib ki, bu gün aparılan mübarizənin effektivliyi nəticəsində "COVİD"-ə yoluxma tendensiyası yüngüldür:
“Hazırda vəziyyəti nəzarət altında saxlaya bilirik və insanlar heç bir məhdudiyyət olmadan sərbəst öz həyat tərzini davam etdirirlər. Ona görə də, insanların sağlamlıqları hər şeydən üstün olduğu üçün quru sərhədləri lazımı günə qədər qapalı saxlamağı daha doğru olduğu bildirildi. Yəni, müvafiq qurum pandemiyanın təhlükəsi sovuşduğunu elan edəndə sərhədlər açılacaqdır və burada yeganə məqsəd insanların sağlamlıqlarının qorunmasıdır”.
Aynurə Pənahqızı Demokrat.az


