Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dərə üzərində inşa edilən körpü - viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işlərinin yerinə yetirilir.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır.
Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79,7-ci km-də inşa edilən və ortalama uzunluğu380metr (sol -410metr, sağ -350metr) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.
Xatırladaq ki,81,6km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq4-6hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyu137müxtəlif diametrli suötürücü boru (7 200p/m),30yeraltı keçid (1 110metr),7körpü (763p/m),7tunel (6 358metr) və9viaduk (1 980metr) inşa edilir.
Demokrat.az

