“Bu ay ərzində borclu abonentlər sərf elədiyi qazın sərfiyyata görə ödəniş etmədiyinə görə qaz təchizatı dayandırılmışdır. Qeyd edim ki, bununla bağlı bu il 1554 müraciət daxil olmuşdur”.
Demokrat.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.
“Bu abonentlərinə bir daha müvafiq izahatlar verilmişdir ki, borcu vaxtında ödəsinlər. Yəni, bu abonentlər 1 aylıq deyil, 3 aylıq borclarını ödəmirlər, o zaman da fiziki təsir etməklə qaz təchizatı dayandırılır. Borcu ödəyən əməkdaş bir saat ərzində həmin qazın təmin olunmasını istəyir, ancaq o, bir iş günü ərzində həyata keçirilir. Ələlxüsus da bayram günləri, həftə sonudursa, qaz bərpa olunmur”.
Aynurə Demokrat.az


