Sosial

DİN Vətən müharibəsi iştirakçısının iddialarına cavab verdi

DİN Vətən müharibəsi iştirakçısının iddialarına cavab verdi

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayonun icra hakimiyyətinin vəPolisŞöbəsinin əməkdaşları tərəfindən guya təzyiqə məruz qaldığını bildirib.

DİN mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bununla əlaqədar bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir.Z.Hüseynov qeyd edib ki, K.Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub:

"Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilmiş və maddi yardım ayrılıb. Bütün bunlara baxmayaraq K.Məmmədov ötən ilin avqust ayında rayonPolisŞöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirib. Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. O, şikayətlərini davam etdirdiyi üçün yenidənPolisŞöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılıb, izahlar verilib. Bundan sonra K.Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməmiş, əksinə ona diqqət və hörmətlə yanaşılıb".

Demokrat.az

D
demokrat.az