Gündəm Özəl

“İstənilən halda bütün mənzillər sığortalanmalıdır” — Ekspert

“İstənilən halda bütün mənzillər sığortalanmalıdır” — Ekspert

Tikinti şirkətləri çoxmənzilli binaları tikən zaman maksimum çalışırlar ki, kommunikasiya xətləri, elektrik naqilləri daha keyfiyyətli məmulatlardan olsun. Ona görə ki, orada böyük kütlə elektriklə təchiz olunur, həm də liftlər, su nasosları və s. işləyir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspertin sözlərinə görə, çox zaman bəzi vətəndaşlar evlərini təmir edərkən, keyfiyyətli elektrik naqilləri almır:

“Qeyd edim ki, paytaxta bir sıra binalar var ki, uzun illərdir ki, tikilməsinə baxmayaraq evə qaz verilmir. Vətəndaş da məcburdur ki, evə qızdırıcını elektrik naqillərini qoşsun. Nəticədə bütün yayı və qışı kondisionerdən istifadə edir, naqillər də həddindən artq çox yükləndiyinə görə burada qısaqapanmalar baş verir. O baxımdan da yay aylarında yeni tikili binalarda yanğın hadisıləri daha çox baş verir. Ümumiyyətlə, binanın qaz xətti ilə təmin olunması böyük şərtdir. O, olmayanda isə hamı elektrikdən istifadə edir. Burada günah tək tikinti şirkətinin üzərinə düşmür. Bu sahədə aidiyyatı dövlət qurumları da məsuliyyət daşıyır. Çünki bəzən bu qədər vətəndaşın yaşamasına baxmayaraq, qazın verilməsində illərlə ləngimələr baş verir və bu da digər tərəfdən başqa kommunikasiya xətlərinin zədələnməsinə gətirib çıxarır”.

“İstənilən halda bütün mənzillər sığortalanmalıdır” — Ekspert

E.Fərzəliyev qeyd edib ki, istənilən halda bütün mənzillər sığortalanmalıdır:

“Bizdə avtomobil sığortası məcburidir, çünki cərimə yazılır, amma mənzillərdə məcburi deyil. Çünki bir mənzillin sığortalanması üçün həmin mənzilə dair sənədlər, mülkiyyət hüqququna təsdiq edən sənəd olmalıdır, yaxud da vətəndaşa aid olduğunu təsdiq eədn rəsmi bir dövlət qurumunun sənədi olmalıdır. Yəni, istənilən halda çıxarış tələb olunur. Paytaxt Bakıda tutaq ki, 500 mindən çox çıxarışı olmayan fərdi həyət evi var. Nə qədər yeni tikili binalar var ki, hələ də vətəndaşlar müqavilə ilə yaşaıyır və onlara çıxarış verilmir. Çıxarış olmadığına görə, həmin mənzillər sığortalana bilmir. Sığortalanmayan zaman hər hansı hadisə baş verəndə vətəndaşa dəymiş ziyanı dövlət ödəyir və yaxud da heç kim ödəmir. Vətəndaş da qalır pis vəziyyətdə. Əgər sığorta sahəsi Azərbaycanda inkişaf eləsə, maarifləndirmə düzgün aparılsa, sığorta şirkətləri etibar qazansa, vətəndaşlar buna mara E.Fərzəliyev qeyd edib ki, istənilən halda bütün mənzillər sığortalanmalıdır:q göstərər. Bəzi vətəndaşlar mənzilə ayda 100-150 manat kommunal ödəyir. 50 manat ödəməklə vətəndaş 25 min manatadək dəymiş zərəri sığorta şirkətindən ala bilər. Geniş paketli sığortalar var ki, mənzilin təmiri, evin əşyaları belə sığortalanır. Beləliklə, vətəndaş daha çox pul ala bilər. Bu həyət evlərində də belədir. Bölgələrdə su basmalar baş verir, sel kəndi yuyub aparır, evləri dağıdır, zəlzələ baş verir. Bu hallarda da həmin ərazilərə dəymiş zərəri dövlət bərpa edir, tikir. Amma normalda bu belə olmalı deyil. Dünya təcrübəsi belədir ki, bunlar sığortalanmalıdır, hansısa təbii fəlakət olsa belə dəymiş zərəri sığorta şirkətləri ödəməlidir. Biz də sadəcə bu sektor inkişaf etmədiyinə görə, hansısa bir mənzilə belə dəymiş ziyan olanda çaşqınlıq yaranır”.

Ekspert onu da əlavə edib ki, paytaxtdakı evlərin böyük əksəriyyəti kirayə verilmiş mənzillərdir və burada da bir çox problemlər hələ də qalmaqdadır:

“Kirayə qalan şəxs hansısa səhlənkarlıq edirsə, tutaq ki, suyu açıq qoyur qonşunun evini su basır, elektrik naqilinə nəsə qoşur qısaqapanma baş verir və s. bu zaman kirayə sahibi ilə mənzildə qalan şəxs arasında məhkəmə davası olur və həllini tapa bilməəyn problemlər ortaya çıxır. Bunun da başlıca səbəbi bir növ sığorta mədəniyyətiniun tam formalaşmasıdır ki, bu cür hadisələr baş verir. Bəzi ölkələrdə olduğu kimi, bizdə də binaların hər bir təchizatı digər ölkələrdəki kimi sığortalanmalıdır. Çünki sığortalanandan sonra istər- istəməz lazımi yoxlanış aparırlar ki, hansısa qəza baş verməsin. Ona görə də, ölkəmizdə də bunun tətbiqi zəruridir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az