Gündəm Özəl

“Rusiya-Ukrayna konflikti 30 illik Minsk qrupunu sona çatdırdı” — ŞƏRH

“Rusiya-Ukrayna konflikti 30 illik Minsk qrupunu sona çatdırdı” — ŞƏRH

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, ATƏT-in Minsk qrupu 30 ildə 30 kəlməlik iş görməyib. O qeyd edib ki, dünya Qarabağ probleminin həllinə biganə yanaşırdı.

Məsələni Demokrat.az-a şərh edən politoloq Elman Vəliyev bildirib ki, Minsk qrupunun reqlamenti Qarabağ münaqişəsini sülh prinsipləri əsasında həll etmək idi. Politoloqun sözlərinə görə, lakin həmişə bu prinsipə biganə yanaşılma müşahidə edildi:

“Minsk qrupu mövcud olmuş problemdən öz mənfəətləri üçün nəsə qazanmağa cəhd edirdilər.

“Rusiya-Ukrayna konflikti 30 illik Minsk qrupunu sona çatdırdı” — ŞƏRH

Fransa erməni yanlısı bir ölkə olduğundan obyektiv mövqe nümayiş sərgiləmədi. ABŞ-nın Qafqaz planında həm Azərbaycan, həm də Ermənistan önəmli yerə malik olduğundan birtərəf siyasət yeridə bilmədi. Amma ABŞ da erməni təsiri daha çoxdur. 907-ci düzəliş də buna nümunədir. Rusiyanın mövqeyi aydındır. Bölgədə tək söz sahibi özünün olmasını istəyirdi. Sülhməramlıların başqa dövlətin deyil, məhz Rusiyanınkı olması bu iddiaya dəlalətdir”.

E.Vəliyev qeyd edib ki, Qarabağ münaqişəsində Minsk qrupunun subyektiv yanaşmaları olduğundan həlli də müşkül qalmışdır:

“Mən zənn etmirəm ki, Azərbaycan öz torpaqlarını güc hesabına geri qaytarmasayıdı Minsk qrupu nə vaxtsa, bunu Azərbaycanın lehinə "yumşaq güclə" həll edərdi. Rusiya-Ukrayna konflikti 30 illik Minsk qrupunu sona çatdırdı. Qrup zatən nisbi xarakter daşıyırdı. Yəni, nəinki Qarabağ konfliktinə heç dünyada baş verən digər konfliktlərin həllinə də müsbət təsir göstərə biləcək potensiala malik deyildir. Maraqlar olan yerdə obyektivlik absurddur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az