Bakının Səbail rayonunda ata və oğul polisə müqavimət göstərib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən həftə gecə yarısı Səbail rayonunun, 20-ci sahəsində olan “Araz” marketin qarşısında baş verib.
Belə ki, 1965-ci il təvəllüdlü Vahid Babayev və onun oğlu, 1997-ci il təvəllüdlü Vaqif (adlar şərti verilib – red.) toydan çıxıblar.
Avtomobildə Vahid, onun həyat yoldaşı və iki oğlu olub.
Toydan çıxan şəxslərin idarə etdiyi avtomobil Vahidin digər oğlu idarə edib. O, idarə etdiyi “Mercedes” markalı avtomobili “Araz” marketin qarşısında saxlayıb.
Həmin zaman avtomobildə Vahidin həyat yoldaşı və digər oğlu da olub.
İddiaya görə, avtomobilin orada saxlanılmasına səbəb dərman almaq niyyətləri olub.
Bu zaman onlara Yol Patrul Xidmətinin əməkdaşları yaxımlaşıb və sürücünün içkili olub-olmamasını yoxlamaq istəyiblər.
Amma Vahid avtombildən düşərək yol polisinin əməkdaşlarına əxlaqsız ifadələr işlədib. Küçə söyüşləri söyərək, onların üzərinə hücum edib.
Avtomobildə olan Vahidin oğlu Vaqif də düşərək polislərə hücum çəkib.
Bu zaman yol polisinin əməkdaşları yaxınlıqdakı polis-naryadını çağırıblar. Onlar Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar.
Həmin vaxt polis bölməsində də ata və oğlu polislərin ünvanına nalayiq ifadələr işlədiblər.
Növbətçi hissədə Vahid polislərdən birinə kəllə atıb, qolunu dişləyib.
Ata və oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
Onların işinə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş hakim Şəhla Süleymanovanın icraatında araşdırılıb.
Vahid 10 gün müddətində inzibati qaydada həbs olunub.
Onun oğlu Vaqif isə 150 manat miqdarında cərimə olunub.
Qeyd edək ki, Vahid bundan əvvəldə eyni əmələ görə, inzibati qaydada cəzalandırılıb.
Fariz Məlikli Demokrat.az


