Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır.
Demokrat.azxəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaartviterdə bildirib.
“Şadam ki, Aİ ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, - paylaşımda deyilir.
Leyla Demokrat.azPleased that 🇪🇺as the largest donor is providing additional €4.25 Million to 🇦🇿 to support demining through the project “Supporting safe return of IDPs through Capacity Building of ANAMA”.
— Toivo Klaar (@ToivoKlaar) July 11, 2022


