“Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqları sıradan bir xəbərdarlıq deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Professor qeyd edib ki, pandemiya təcrübəsi göstərdi ki, bu ümumi hazırlıq olmadan, ayrı-ayrı ölkələrlə qarışılıqlı koordinasiya olmadan biz xeyli problemlərlə üzləşə bilərik:
“Hər hansı yaranmış epidemoloji situasiyada adekvat addımların atılması və burada lazımi qərarların verilməsi ÜST tərəfindən müəyyən edilir.

Ona görə də, hesab edirəm ki, maskalardan yenidən istifadə edilmək zərurəti ortaya çıxdığı halda təbii ki, ondan istifadə olunmalıdır. Hər halda Azərbaycanda epidemoloji vəziyyətdə biraz artım müşahidə edilir. Yəni, karantin qaydaları xeyli yumşaldılıb. Belə zərurət yarandığı halda təbii ki, karantin qaydalarında müəyyən sərtləşmə qeyd edilə bilər. İnsanlar sadəcə olaraq bu pandemiyada yorulublar. Amma, bir şeyi nəzərə almaq lazımdır ki, biz Dünya Səhiyyə Təşkilatının, müvafiq səhiyyə qurumlarının, dünyada mötəbər mərkəzlərin tövsiyələrinə ona görə əməl etməliyik ki, ciddi problemlərlə üzləşməyək, genofondu təhlükə qarşısında qoymayaq”.
Aynurə Demokrat.az


