İdman Özəl

Salyanda yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirildi — FOTOLAR

Salyanda yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirildi — FOTOLAR

7-8 iyul 2022-ci il tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə rayonda futbolun kütləviliyinə nail olmaq məqsədi ilə Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbinin stadionunda Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə həsr edilmiş yeniyetmələr arasında mini futbol idman növü üzrə rayon turniri keçirilmişdir.

Demokrat.az xəbər verir ki, turnirdə ilk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, bildiyimiz kimi, 2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi tamam olur. 30 il ərzində respublikamız ümumdünya olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib, beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb. Vaxtilə Ulu Öndər Heydər Əliyevin idman sahəsində müəyyənləşdirdiyi strateji vəzifələr bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. O, Milli Olimpiya Komitəsinin prezidenti kimi bu sahəyə xüsusilə böyük əhəmiyyət verir. Məhz dövlətimizin liderinin göstərdiyi qayğı, habelə həyata keçirdiyi nəhəng layihələr sayəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanıb.

Sonra çıxış edən Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov bildirdi ki, müstəqillik dövründə böyük tərəqqi yolu keçən respublikamız sosial həyatın ayrı-ayrı sahələrində ən müxtəlif uğurlar qazanıb. Bu baxımdan idmançılarımızın nailiyyətləri xüsusilə böyük fərəh, sonsuz qürur hissi doğurur. Hələ 1997-ci ildə cənab İlham Əliyev əvvəlcə Milli Olimpiya Komitəsinin, 6 il sonra isə Azərbaycan prezidenti seçiləndən sonra ölkəmizin idman statusunu daha da möhkəmləndirmək naminə kompleks tədbirlər geniş vüsət aldı. Respublikamızı idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan dövlət başçısı ötən illər ərzində müasir infrastrukturun yaradılmasına nail oldu.

Sonra turnirin şərtləri və oyun qaydaları haqqında məlumat verildi. Daha sonra yarışlara start verildi.

Turnirin yekununda III yeri “Aran” İdman Klubunun komandası, II yeri şəhər “Muğan” PFK-nın komandası, I yeri isə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası qazandı. Turnirin ən yaxşı qapıçısı Qasımlı Samir Arif oğlu və Paşayev Toğrul Tərlan oğlu , ən yaxşı hüçumçusu Ağazadə Rəşad Amid oğlu , ən yaxşı müdafiəçisi Hüseynov Şamil Ceyhun oğlu, ən yaxşı yarımmüdafiəçisi isə Əliyev Elnur Cahangir oğlu seçildi.

Turnirin sonunda qalib komandalar və turnirdə fərqlənmiş komanda üzvləri Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.

Salyanda yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirildi — FOTOLAR
Salyanda yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirildi — FOTOLAR
Salyanda yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirildi — FOTOLAR
Salyanda yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirildi — FOTOLAR
Salyanda yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirildi — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az