Dünya

BMT Ukraynada ölən mülki şəxslərin sayını açıqladı

BMT Ukraynada ölən mülki şəxslərin sayını açıqladı

Fevralın 24-dən iyulun 3-dək Ukraynada müharibə nəticəsində 10 mindən çox mülki şəxs zərər çəkib.

Demokrat.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Ümumilikdə 4899 nəfər mülki şəxs həlak olub, onlardan 335-i uşaqdır.

BMT-nin məlumatına görə, mülki əhalinin əksəriyyəti artilleriya və raket hücumlarına, o cümlədən kasetli sursat zərbələrinə məruz qalıb.

BMT qeyd edib ki, faktiki qurbanların sayı daha çox ola bilər.

D
demokrat.az